vnt-logo

VNT şirkəti profil aksessuarlarının topdan və pərakəndə satışı, müxtəlif cür Rezin, Dəstək Sacı (PVC üçün) və Orta Kayıt Bağlantısı (OKB) istehsalı, Alman texnologiyası ilə PVC, alüminium və izoalüminiumdan qapı və pəncərə istehsalı və satışı ilə məşquldur. Daha öncə VHS adıyla, bu sahədə ölkənin aparıcı şirkətlərindən biri olmuşdur.

VNT sənaye və ticarət şirkətinin Bakı şəhərində ofisi fəaliyyət göstərir. Ofis müştərilərin bütün suallarına cavab verə biləcək mütəxəssislərlə təmin olunmuşdur. Şirkət Türkiyə, Almaniya, Rusiya, Belarus və digər ölkələrdəki aparıcı firmalarla sıx əməkdaşlıq edir.

Fasad və cəbhə işlərin görülməsi:
Binalara gözəllik verən fasad və cəbhə işlərinin görülməsi şirkətimizə ayrı bir yer tutur. Bu işlərə nümunə olaraq bir çox bina və ticarət obyektini misal gostərmək olar ki, bu obyektlərin hər biri indi şəhərimizin memarlıq üslubuna ayrı bir gözəllik qatır.

PVC, alüminium, şüşə, fotosell və digər növ qapı və pəncərələrin istehsalı, şüşə balkon sistemlərinin (cam balkon) quraşdırılması:
Şirkətimiz ayrı-ayrı layihələrdə qapı-pəncərə və şüşə balkon sistemlərinin (cam balkon) quraşdırılması ilə də müştəri bazasını günbəgün genişləndirməkdədir. Bu sahadə yüksək ixtisaslı mütəxəssislərimizin olması işlərimizə zamanət verməyə imkan verir.

Ağcaqanad torlarının quraşdırılması:
İsti yay günlərində rahatlığımıza imkan verməyən ağcaqanadlardan qorunmaq artıq çətin deyil. PVC və alüminium pəncərə sistemləri üçün özəl olaraq istehsal olunan ağcaqanad torları evlərimizə ağcaqanadların girməsinin qarşısını alır.

Üfüqi və şaquli jalüzlarin istehsalı:
Pəncərələrə xüsusi gözəllik verən jalüzlərin istehsalı şirkətimiz üçün müştərilərə təqdim etdiyi məhsullardan biridir.